İSTİ HAVADA UŞAQLARI NƏDƏN VƏ NECƏ QORUMALI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yay əsl üzünü göstərir. Dözülməz istilər gəldi. Uşaqlari istidən qoruyaq”.  “Yay əsl üzünü göstərir. Dözülməz istilər gəldi. Uşaqlari istidən qoruyaq”.

Bu sözləri pediatr Vaqif Qarayev TİA.AZ-A açıqlamasında bildirib:
“Xüsusən südəmər yaşlı uşaqlar istiyə dözümsüz olurlar. Ona görə də onları əvvəlki vaxtlara nisbətən daha tez-tez əmizdirmək lazımdır. Süd verən ana da çoxlu su qəbul etməlidir. Əgər uşaq süni qidayla qidalanırsa, ona adi qaynadılmış su da vermək olar. Böyük yaşlı uşaqlara da adi qaynandılmış su versək yaxşıdı. Amma qazlı su qətiyyən olmaz”.
Pediatr deyir ki, isti havalarda körpələrin geyimləri təbii parçadan və yüngül olmalıdır:
“Paltarları açıq rəngli təbii parçalardan-“nəfəs alan”- olmalıdı. Geyim uşağın sərbəst hərəkətinə mane olmamalıdır. Təkcə bir uşaq bezində və ya qısa tumanda olsa daha yaxşıdı.

 Uşaq tərləsə yaxşıdı, çünki bununla istilik bədəndən xaric olur. Amma orqanizmə əlavə fiziki yük vermək düzgün deyil. Tez-tez sərin su ilə çimizdirilməlidir. Körpənin olduğu otaqda hava tez-tez dəyişdirilməli, rütubət təmin olunmalıdı”.
Pediatr deyir ki, saat 11-17 arası uşaqlar açıq havada olmamalıdır:
“Günəşdən qorunmaq üçün müxtəlif qoruyucu krem və losyonlardan (parfum əlavəsi olmayan) istifadə etmək olar. Amma evə gələn kimi bədən bu vasitələrdən təmizlənməlidir.
Qida rasionunda daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Ət yeməklərini məhdudlaşdirmaq məqsədəuyğundur”.

İlahə