İsti hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

İyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.