İsti hava Günəşdəki partlayışın nəticəsidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ 2-3 gün də günəşli və isti havanın davam edəcəyi gözlənilir”.

 

“Hələ 2-3 gün də günəşli və isti havanın davam edəcəyi gözlənilir”.

Bu sözləri axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun direktor əvəzi Gülşad Məmmədova sentyabr ayının sonlarına yaxınlaşmağımıza baxmayaraq, havaların iyun-iyul aylarındakı kimi isti keçməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərin görə, son 10-15 ili nəzərə alanda bu cür istilər normal sayıla bilər:

“Son 10-15 ili nəzərə alaraq, artıq sentyabr ayının ilk on günlüyünə görə havaların belə isti keçməsi normaldır. Artıq 15 ilə yaxındır sentyabrın 15-20-nə qədər havanın temperaturu 30-35 dərəcə olur. Dəfələrlə bu cür istilər müşahidə olunub. Həmçinin hava yağmursuz keçib, cənub-şərq küləyinin üstünlüyü ilə müşahidə olunub. Sentyabr ayının 20-nə qədər istilər və yağmursuz hava davam edəcək. Ancaq adətən sentyabr ayının sonlarına qədər havanın temeraturunun düşməsi müşahidə olunur”.

Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov da Axar.az-a sentyabr ayı üçün hava temperaturunun iqlim normalarına uyğun olduğunu bildirib. O, Günəşdə baş verən partlaşıyın sentyabrda havanın hələ də isti keçməsinə heç bir təsiri olmadığını vurğulayıb:

“İstilərin hələ də davam etməsinin fəsil dəyişkənliyi ilə əlaqəsi yoxdur. Sentyabrda havanın isti keçməsi anormal sayılmır. Bu, gözlənilən haldır”.

G.Süleymanov bildirib ki, dünyanın müxtəlif bölgələrində uzun müddətdir davam edən müharibələr fəsil dəyişkənliyinə səbəb ola biməz:

“Hava çirklənmələrinə, çirkli yağışın, qarın yağmasına müharibələrin təsiri var. Ancaq iqlim dəyişmələrinə təsiri yoxdur. Havanın bir həftə isti, bir həftə soyuq keçməsi iqlim dəyişkənliyi demək deyil”.