Azərbaycanın torpaqları işğal olunub, yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun
Azərbaycanın torpaqları işğal olunub, yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun
Ancaq hansı yolla olur-olsun, bu torpaqlar Azərbaycana qaytarılmalıdır, Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir və öz torpaqları üzərində nəzarəti bərpa etməlidir.
TİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bu gün Milli Məclisdə keçirilən görüşdə deyib.
A.Reyşar deyib: “Biz çox gözəl başa düşürük ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi qayğısı mövcuddur. Biz – burada əyləşən şəxslərin hər biri artıq bu barədə yetərincə məlumata malikik. Biz Fransada fəal iş aparırıq ki, Azərbaycanın haqq işinə dəstək verək”.
A.Reyşar vurğulayıb ki, ötən ilin aprel ayında baş verən hücumlar artıq narahatlığın pik həddində olduğunu göstərir: “Bu, onu göstərdi ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.