backend

İSTEHLAKÇILAR SÜD MƏHSULLARINDAN NARAZIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, sosial şəbəkədə  daha bir istehlakçı süd məhsullarından narazılığını bildirib. İstifadəçi üzləşdiyi problemdən yazıb:  

TİA.AZ xəbər verir ki, sosial şəbəkədə  daha bir istehlakçı süd məhsullarından narazılığını bildirib. İstifadəçi üzləşdiyi problemdən yazıb:

“Biri mənə normal süd dadı verən, vicdanla hazırlanan süd məhsulları kombinatının adını desə sevinərəm. 

Niyə bizim ölkədə hamı keyfiyyətsiz, quru süddən alınan malları sırıyır? Kəsmik Doyarka yazılıb üstündə, zəhrimar dadı verir. Pəhriz kəsmiyin də duzlayarlar? Şor yeyirəm elə bil. Bazarda satılan öz məhsullarım içində sanitar normalara cavab verən çox az məhsul olur. xəstə inəklərdən belə süd sağırlar. Dəfələrlə natəmizliyə yol verdiklərinin şahidi olmuşam. Palsüd barədə də xoşagəlməz şeylər eşitmişəm. Xəstə inəkdən belə süd sağırlar. Mən Rusiyada xama, qatıq, südün dadını yadıma salıram, ağlamağım gəlir . Həm təmizlik cəhətdən təmiz, həm dadı dad, həm saxlanma müddəti 3-5-gündən artıq deyil. Orda gündəlik marketlərı müddəti 3-5 gün pasterizə olunmuş süd, xaması, qatığı, kefiri paylanır. Çox ləzzətli, təmiz, və keyfiyyətli.

“Romaşka”, “Ehrmann” kimi geydirmələri nəzərdə tutmuram. Sırf marketlərə gündəlik paylanan və gün ərzində alınan məhsulu deyirəm.

 Üzücü hal da budur məhz. Axı niyə? Niyə bir-birimizin düşməniyik? Şərəf , vicdan harda qalıb?” 

Qeyd edək ki, istifadəçilərin bəziləri də südlə bağlı olan  bu fikirlərər dəstək olub.

İlahə