İstehlakçılar saxta qəbzlərlə aldadılır: – Bu halda qəbzlərin saxta olduğunu görəcəksiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demək olar ki, hər gün istehlakçılaqın hüquqlarının pozulması halları ilə qaşılaşırıq. Lakin nə zaman haqlı, nə zaman haqlı olacağımızı bilmirik. Bəzən isə bilməyərəkdən aldadılırıq.

BiG.AZ-a daxil olan müraciətdə də vətəndaşların sırf bu məsələdən əziyyət çəkdiklərini görünür. Bununla bağlı BiG.AZ-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verilən qəbzlərdə məhsulun adının və qiymətinin yazılamamasında məsuliyyətin Vergilər Nazirliyinin üzərinə düşdüyünü bildirdi:

“Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin əksəriyyəti bunu deməyə əsas verir ki, istehlakçıların hüquqlarını pozan şəxslər əksər hallarda onlara saxta qəbzlər verir vəyaxud kassa mədaxil orderi verir. Hətta yeni bir binadan yüz min manatlıq ev alan şəxsə saxta mədaxil orderi veriblər. Sonradan məlum olub ki, verilən orderdə Vergilər Nazirliyinin VÖEN-i yoxdur, həmin orderdə Azərbaycan Respublikasının gerbi yoxdur. Sizin saytınız vasitəsilə istehlakçılara səslənirəm, üzərində VÖEN, Azərbaycan Respublikasının gerbi olmayan orderlərə, qəbzlərə inanmasınlar. Onlar saxtadır. Bizə daxil olan müraciətlərdən aydın görünür ki, şirkətlər ciddi şəkildə vergilərdən yayınır.

Bununla yanaşı Vergilər nazirliyinin ciddi bir problemi verilən qəbzlərdə məhsulun sayı və qiymətinin göstərilməməsindədir. İstehlakçıların Hüquqlarının Qorunması haqqında qanunda da gösətirilir ki, kassa mədaxil orderi olmadan istehlakçının hüquqlarını məhkəmə səviyyəsində də qorumaq mümkün deyil. Əgər mədaxil orderində məhsulun adı və qiyməti, ədədi göstərilmirsə istehlakçı hüquqlarını necə qoruyacaq? Necə sübut etmək olar alınan məhsulun adını və qiymətini? Bu Vergilər Nazirliyinin ciddi günahı və səhvidir. Kassa aparatlarında məhsulların adları qeyd edilməlidir. Supermarketlərdə məhsulların kodlarına görə adları qeyd edilsə də apteklərdə və digər iaşə obyektlərində məhsulların adları qeyd edilmir. Bu da istehlakçıların hüquqlarının pozulması halıdır”. 

İstehlakçılar saxta qəbzlərlə aldadılır: