Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyevin daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilməsi barədə xəbəri təsdiqləyib.
Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyevin daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilməsi barədə xəbəri təsdiqləyib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq o, yeni vəzifəyə təyin olunub.
İdarə rəisi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “O, təqaüdə göndərilməyib, rəis müavinidir və fəaliyyətini davam etdirir”.