“İran ekzistensial təhlükə ilə üzləşərsə, nüvə doktrinasını dəyişə bilər və nüvə silahı yaratmaq üçün lazımi texniki imkanlara malikdir. Biz nüvə silahı hazırlaya bilərik, lakin Xamineyinin fətvası buna imkan vermir”. Tribunainfo.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri və Əli Xamneyinin müşaviri Kamal Xərrazi deyib.
Onun sözlərinə görə, İran raket sənayesini də gücləndirmək fikrindədir. “Biz Qərbin və Avropanın raketlərin məsafəsi ilə bağlı həssaslığını nəzərə almışıq. İranın raketlərinin atış məsafəsinin artacağı ehtimalı var”.