İstanbulda zəlzələ anı vətəndaşlar küçələrə axışdı – VİDEO

İstanbulda zəlzələ anı vətəndaşlar küçələrə axışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFAD-ın məlumatına görə, Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

Zəlzələ səbəbindən vətəndaşlar təşviş içində küçələrə axışıb.

İstanbul və ətraf vilayətlərdə hiss edilən zəlzələnin 6,92 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Şiddətli yeraltı təkanlar İstanbulun bir çox rayonunda güclü hiss olunub.

Xüsusilə hündürmərtəbəli binalarda yaşayan vətəndaşlar böyük çaxnaşma yaşayaraq çölə qaçıblar.

Zəlzələ zamanı sirena səsləri eşidilib, telefon xətlərində də kəsilmələr yaranıb.

Videomaterialı təqdim edirik:

Dəniz Pənahova