İstanbulda 6,2 bal gücündə ilk güclü zəlzələdən sonra 3,1-4,9 bal gücündə 10 afterşok yaşanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinin Fəlakətlə Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.
6,2 bal gücündə zəlzələ saat 12:49-da baş verib. Saat 12:51-də afterşok (5,9) qeydə alınıb. Ondan sonra 4,4, 4,8, 4,5 və 4,9 bal gücündə zəlzələlər baş verib. Saat 13:07-dən etibarən yeraltı təkanların gücü 3,4-3,1-ə enməyə başlayıb. Yerli ekspertlərin fikrincə, afterşoklar davam edəcək.