İstanbulda tarixi görüş başladı

İstanbulda tarixi görüş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya prezidentlərinin iştirakı ilə dördtərəfli Suriya zirvəsi başlayıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sammiti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıb.

“Bütün dünyanın gözü bu toplantıdadır. Bizdən gözləntiləri doğruldacağımıza inanıram”, – o bildirib.

Bundan əvvəl isə, Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə təkbətək görüş keçirib.