İstanbulda restoranda dəhşətli zəhərlənmə: İki uşaq dünyasını dəyişdi  – Foto

İstanbulda restoranda dəhşətli zəhərlənmə: İki uşaq dünyasını dəyişdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Eyüpsultan bölgəsində dəhşətli hadisə baş verib. Axşam yeməyi üçün restorana gedən ikisi uşaq olmaqla dörd nəfərlik ailə zəhərlənib.

Tribunainfo.az xəbər verir ki, ailə tamatlı makaron və toyuq yedikdən sonra qida zəhərlənməsi yaşayıb. Nəticədə 4 yaşlı Alparslan Birkent və 2 yaşlı bacısı Melisa Rabia Birkent həyatını itirib. Ana isə hazırda reanimasiyada müalicə olunur.

Məlumata görə, ata və uşaqlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb. Lakin ertəsi gün səhər saatlarında uşaqlar yenidən özlərini pis hiss edib. Ata Yücel Birkent onları təkrar xəstəxanaya aparıb. Lakin vəziyyətləri ağırlaşan iki azyaşlı, həkimlərin bütün cəhdlərinə baxmayaraq, xilas edilə bilməyib.

Hadisə zamanı aparılan yoxlamalar nəticəsində ana Aleyna Birkentin ürək tutması keçirdiyi məlum olub. O, reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti həkimlərin nəzarətindədir.

Gülşən Rəsul