İSTANBULDA OYUNCAQ MUZEYİNDƏ YANĞIN OLUB

İSTANBULDA OYUNCAQ MUZEYİNDƏ YANĞIN OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Balat qəsəbəsindəki oyuncaq muzeyində yanğın baş verib. Yanğınsöndürmə qrupları gərgin iş nəticəsində alov ətrafa keçmədən nəzarət altına alıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, yanğın saat 05:00 radələrində Yavuz Sultan Səlim Məhəlləsində baş verib.

Abdülezelpaşa küçəsində yerləşən Balat Oyuncaq Muzeyindən yüksələn alovları görən vətəndaşlar vəziyyəti xilasetmə, polis və sağlamlıq qruplarına xəbər verib. Bu arada alov bütün muzeyi əhatə edib.

Yanğınsöndürənlər 2 mərtəbəli tarixi binanı əhatə edən alova qısa müddətdə müdaxilə edib.

Yanğın yanğınsöndürmə briqadalarının gərgin səyi nəticəsində ətrafa yayılmadan nəzarət altına alınıb.