Türkiyənin İstanbul şəhərinin dörd rayonunda kütləvi tədbirlər bir günlük qadağan edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə İstanbul vilayət administrasiyası qərar qəbul edib.
Bildirilib ki, bir sıra qruplaşmaların şəhərdə qanunsuz toplanma, yürüş və etiraz aksiyası keçirəcəyinə dair məlumat əldə edilib. Həmin aksiyaların “cəmiyyətin sakitliyini və rifahını poza biləcəyini, provokativ addımlar atıla biləcəyini” nəzərə alaraq Beyoğlu, Bayrampaşa, Kağıthane ve Şişli rayonlarında bütün kütləvi tədbirlər Türkiyə saatı ilə 26 oktyabr 00:01-dən 23:59-dək qadağan edilib.










