İstanbulda DEAŞ silahlı terror təşkilatı üzvlərinə qarşı əməliyyat keçirilib. Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, əməliyyatda 17 şübhəli tutularaq saxlanılıb.
İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları DEAŞ silahlı terror təşkilatı və qarşıdurma bölgələri ilə əlaqəsi olduğu düşünülən şəxslərin müəyyən edilərək tutulması istiqamətində işlərə başlayıb.
Görülən işlərdən sonra dünən İstanbulun 4 rayonunda 5 fərqli ünvanda eyni vaxtda Əməliyyat keçirilib . Əməliyyat zamanı 17 şübhəli yaxalanaraq saxlanılıb. Şübhəlilərin istintaqı davam etdirilir.