“Get-gedə Ərdoğanla nəyin razılaşdırıldığı bəlli olur”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Stepan Daelyan deyib.
O iddia edib ki, Türkiyə və Azərbaycan çoxdandır ki, AES-in bağlanmasını tələb edir. “Əslində, onun bağlayacağına söz verdiyi üzə çıxır. Paşinyanın Metsamor AES-i ilə bağlı açıqlaması da bunun təsdiqidir”.
Danelyan prosesin bununla bitməyəcəyini də iddia edib. “Növbəti mərhələ elektrik şəbəkəsini türk şirkətinə vermək, Azərbaycandan qaz almaq, “sülh” və “əməkdaşlıq” qarantiyası olmalıdır”.