İstanbul Beyoğlunda 33 yaşlı Özgür Nayman həyat yoldaşı və üç uşağını öldürdükdən sonra özünü də vurub.
Tribunainfo.az xəbər verir ki, axşam saatlarında yaşanan hadisə ilə bağlı polis qonşular xəbər verib. Qonşular bildirib ki, evdən ard-arda silah səsləri gəlib. Hadisə yerinə gələn polislər qapını açaraq içəri giriblər. Evin girişində Özgür Naymanın başından vurulmuş ağır yaralı halda tapıblar.
Qan gölünə dönmüş evdə araşdırma aparan polislər evin xanımı Sevilay Nayman ilə birlikdə 9 yaşlı Özgür Buğra Nayman, 7 yaşlı Hezdar Alaz Nayman və ən kiçiyi Çınar Ali Naymanın digər otaqda cansız bədənlərini aşkarlayıblar.
Bütün ailəsini qətl etdikdən sonra özünü də vuran Özgür Nayman ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin nə üstündə baş verdiyi hələlik məlum deyil.