İstanbulda dayanacaqda Səudiyyə Ərəbistanı konsulluğunun maşını aşkarlandı

İstanbulda dayanacaqda Səudiyyə Ərəbistanı konsulluğunun maşını aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunun avtomobili İstanbulun Sultanqazi rayonundakı dayanacaqların birindən tapılıb.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, avtomobil hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı istintaq çərçivəsində aşkarlanıb.

Hazırda avtomobilin nə vaxt və kim tərəfindən dayanacaqda saxlanıldığı araşdırılır.