İSTANBULDA DAĞIDICI ZƏLZƏLƏ GÖZLƏNİLİR

İSTANBULDA DAĞIDICI ZƏLZƏLƏ GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seysmoloqların xəbərdarlıq etdiyi kimi, Türkiyə hakimiyyəti İstanbulu mümkün dağıdıcı zəlzələyə hazırlamaq niyyətindədir.

Tribunainfo.az xəbər verir ki, bunu Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmed Ö. mətbuat konfransında deyib.

“İstanbulda gözlənilən zəlzələ ilə bağlı İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və bölgə rəhbərləri ilə görüşdük, prinsipial razılığa gəldik. Gələn həftə fəlakətə hazırlaşmaq üçün işə başlayırıq “deyib.

Xatırladaq ki, iyulun 12-də türkiyəli seysmoloq Naci Görür 17 milyon əhalisi olan İstanbulun yerləşdiyi Mərmərə dənizində 7,2-7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb.