İstanbulun Zeytunburnu qəsəbəsində binanın çökməsi nəticəsində 2 nəfər ölüb
İstanbulun Zeytunburnu qəsəbəsində binanın çökməsi nəticəsində 2 nəfər ölüb
TİA.AZ Türkiyə KİV-nə istinadla xəbər verir ki, 1 nəfər hadisə yerində, digəri xəstəxanada dünyasını dəyişib.
Xəsarət alanların sayı isə 17-yə çatıb.
Qeyd olunub ki, 56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb. Bina 2015-ci ildə boşaldılıb və yaşayış olmayıb. Binanın çökməsi nəticəsində ərazidən keçən adamlar dağıntılar altında qalıblar.