İstanbulda ard-arda 3 güclü zəlzələ oldu- YENİLƏNİB

İstanbulda ard-arda 3 güclü zəlzələ oldu- YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda daha bir zəlzələ oldu.

bu barədə AFAD-a istinadla xəbər verir.

Məlumatına görə, saat 13.51-də 4,4 bal gücündə daha bir zəlzələ baş verib. Zəlzələnin dərinliyi 7 kilometr olaraq ölçülüb.

***
14:01

İstanbulda ardıcıl 2 zəlzələ olub.

Tribunainfo.az bu barədə “HaberGlobal”a istinadla xəbər verir.

Məlumata görə, yerli vaxtla 13:13-də baş verən birinci zəlzələ 3,9 bal gücündə qeydə alınıb.

6,2 bal gücündə ikinci zəlzələ Silivri sahilində 7 km dərinlikdə çox güclü hiss olunub.

Türkiyənin İstanbul şəhərində zəlzələ qeydə alınıb.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ 3,9 bal gücündə, yerin 6,99 km dərinliyində olub.

Zəlzələdən sonra İstanbulda ikinci güclü zəlzələ də hiss olunub.