backend

İstanbul terrorçusuna onlar kömək edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə “Reina” gecə klubuna hücum edən terrorçunun hansı ölkənin vətəndaşı olmasını araşdırır. 

Türkiyə “Reina” gecə klubuna hücum edən terrorçunun hansı ölkənin vətəndaşı olmasını araşdırır.


TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, polis və kəşfiyyat İŞİD terrorçusunun Özbəkistan və ya Qırğızıstan vətəndaşı olması ehtimalı üzərində dayanır.

Hadisəni araşdıran istintaq qrupu həmçinin terrorçunun içəridən yardım almasından şübhələnir. Təhlükəsizlik güclərinə görə terrorçu daha əvvəl “Reina”ya gələrək kəşfiyyat aparıb. Gecə klubunun içi barədə geniş məlumatı olan peşəkar qatilə əyləncə məkanında kimsənin müdaxilə etməməsi şübhə oyadır.

Polisin fikrincə, bu, onun içəridən kömək aldığını göstərir. “Reina”dakı təhlükəsizlik qrupundan kimsə qatili zərərsizləşdirəcək və yaxud da onu yaralayacaq hər hansı müdaxilə etməyib. Bundan başqa, “Reina”da qonaqların asanlıqla tapa bilməyəcəyi 3 fərqli çıxışın olduğu müəyyən edilib. İddiaya görə, terrorçu əgər dəniz istiqamətindən qaçmayıbsa, yalnız “Reina” işçiləri və özünün tanıdığı çıxışlardan birindən istifadə edib.

Peşəkar qatil kafedə olanlara 7 dəqiqə ərzində güllə yağdırıb. O, bu müddət ərzində 4 daraq boşaldıb. Terrorçu paltarını da elə əyləncə məkanında dəyişib. Terrorçunun xüsusilə ərəb turistlər hazırlanan lojaları hədəf seçib.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Beşiktaş rayonundakı “Reina” gecə klubuna Santa Klaus paltarında daxil olan silahlılar “Kalaşnikof” avtomatı ilə insanlara atəş açmağa başlayıblar. Terror aktı nəticəsində 39 nəfərin ölüb, 69-u yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.