Türkiyənin İstanbul şəhərində dünən gecədən başlayan aramsız leysan yağışları şəhəri sel suları altında qoyub.
Türkiyənin İstanbul şəhərində dünən gecədən başlayan aramsız leysan yağışları şəhəri sel suları altında qoyub.
TİA.AZ xəbər verir ki, sel səbəbilə Boğazdakı su iki rəng olub.
Şəhərdə fövqəladə vəziyyət yaranıb. Metro stansiyaları, tunellər kanalizasiyaların tutulması səbəbilə su altında qalıb. Nəqliyyat iflic olub. Minlərlə insan yollarda qalıb.