Yeni il gecəsində İstanbulda terror aktı törədən terrorçunun yeni görüntüləri yayılıb.
Yeni il gecəsində İstanbulda terror aktı törədən terrorçunun yeni görüntüləri yayılıb.
TİA.AZ xəbər verir ki, “Habertürk” qəzeti “Reina” gecə klubunda 39 nəfəri öldürən terrorçunun yeni fotoşəklini əldə edib.
Təhlükəsizlik gücləri terrorçunun fotoşəklinin daha əvvəl paylaşmışdı. Lakin onun üzü aydın şəkildə görünmürdü. “Habertürk” qəzetinin təhlükəsizlik mənbələrindən əldə etdiyi fotoşəkildə isə terrorçunun üzü aydın şəkildə görünür.
Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Beşiktaş rayonundakı “Reina” gecə klubuna Santa Klaus paltarında daxil olan silahlılar “Kalaşnikov” avtomatı ilə insanlara atəş açmağa başlayıblar. Terror aktı nəticəsində 39 nəfərin ölüb, 65-i yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terror aktı ilə əlaqədar 8 nəfər saxlanılıb. Terrorçunun özünün isə Özbəkistan və ya Qırğızıstan vətəndaşı olduğu ehtimal edilir.