Bakının məşhur klinikalarından olan “İstanbul NS Klinikası” qanunu pozduğuna görə cərimələnib.
Tribunainfo.az yazır ki, klinika barəsində inzibati xəta haqqında icraat başladılıb. Klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.
“İstanbul NS Klinikası” psixoloji yardım almağa görə məcbur etməyə əsasən 500 manat məbləğində cərimələnib.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.