Sentyabrın 13-ü Binəqədi Rayon Məhkəməsində “İstanbul NS Klinikası”nın işinə baxılacaq.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Hacımuradova Viktoriya Sevləddin qızı “İstanbul NS Klinikası” ilə bağlı məhkəmədə iddia qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İşə hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq.