Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb.
Publika.az xəbər verir ki, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.
Oyunu yarımçıq dayandıran baş hakim Mete Kalkavan bir müddət köməkçiləri ilə birlikdə baş verənləri seyr edib. Lakin çox keçmədən referilər və futbolçular da koridorun yolunu tutublar. Ancaq paltardəyişmə otağına yollanan oyunçular stadionun tunelində əlbəyaxa həddinə gəliblər. 57-ci dəqiqədə hesab 0:0 olarkən Mete Kalkavan qarşılaşmanı təxirə salıb.
Qeyd edək ki, “Beşiktaş”ın müdafiəçisi Pepe görüşün 30-cu dəqiqəsində kobud hərəkətə görə qırmızı vərəqə almışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada 2:2 hesablı bərabərlik qeydə alınıb.