İstanbul danışıqlarında Rusiyanı o təmsil edəcək

İstanbul danışıqlarında Rusiyanı o təmsil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya nümayəndə heyəti atəşkəslə bağlı təkliflərlə çıxış edəcək

 Tribunainfo.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək növbəti danışıqlarda Rusiya tərəfinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Zaxarovanın sözlərinə görə, Rusiya nümayəndə heyəti 2 iyun tarixində İstanbulda keçiriləcək görüşdə iştirak edəcək və danışıqlara atəşkəsin təmin olunması ilə bağlı memorandum layihəsi və əlavə təkliflərlə qatılacaq.“Rusiya nümayəndə heyətinin İstanbulda danışıqlarda iştirak edəcəyi təsdiqlənir. Heyətə Vladimir Medinski rəhbərlik edəcək. Görüşdə atəşkəslə bağlı memorandum layihəsi və digər təkliflər təqdim olunacaq,” – deyə diplomat bildirib.

Zaxarova həmçinin qeyd edib ki, qarşıdakı danışıqlarda nə Türkiyənin, nə də hər hansı digər ölkənin vasitəçilik rolu nəzərdə tutulmur.

Qeyd edək ki, ABŞ rəsmiləri danışıqlara öz nümayəndə heyətini göndərməyi planlaşdırmır. Bununla belə, ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllində irəliləyiş görmək istədiyini bildirib.

İmran Kərimli