İstanbul danışıqları tələyə çevrildi – Diplomatik teatrın pərdəarxası

İstanbul danışıqları tələyə çevrildi – Diplomatik teatrın pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstanbulda Rusiya-Ukrayna arasındakı danışıqların ikinci raundu da başa çatdı. Əvvəlcədən gözlənildiyi kimi, mənasız və nəticəsiz danışıqlar prosesi keçdi”.

Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bunun belə olacağı əslində normaldır. Əvvəlcədən məlum idi. Çünki son günlərdə Ukraynanın son iki gündə Rusiyaya qarşı həyata keçirdiyi dron hücumları, Rusiyanın hava hücumundan müdafiə sistemlərinə endirdiyi sarsıdıcı zərbələrin fonunda görüşün nəticəsiz olacağı gözlənilən idi.

Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi artıq bu hücumlardan sonra müəyyən qədər üstünlük qazanacağını, Rusiyanın bəlkə də nələrəsə razılaşıb sülh masasına oturacağın gözləyirdi. Amma tam əksi baş verdi. Konkret olaraq Putin ikinci dəfə İstanbul danışıqlarına öz köməkçisinin göndərdi. Bu isə o deməkdir ki, birinci raundda olan danışıqlarda Rusiya tərəfinin irəli sürülən şərtlərin həyata keçirilməsi əsas tələblərdən biridir. Eyni zamanda Zelenskinin birinci İstanbul görüşündən sonra keçiriləcək ikinci İstanbul görüşünə getməməsi, müdafiə naziri Rüstəm Umerovu göndərməsi O anlama gəlir ki, Zelenski də artıq bu mesajı verir ki, “birinci görüşdə mən İstanbula gəldim, amma Putin gəlmədi. Top artıq rəqibin meydançasındadır. Putin nə vaxt bu görüşlərə gəlsə, o zaman mən də gələcəyəm”.

Bütün bunlar onu göstərir ki, Tramp da gəlməyəcək, prezidentlərin olmadığı bir şəraitdə Türkiyə prezidentinin də hər hansı nümayəndə heyəti ilə görüşü də bundan sonra gözlənilmir. Hesab edirəm ki, növbəti bir şans qazanılmışdı, o da əldən qaçırıldı. Mənim versiya ondan ibarətdir ki, 2 iyunda, İstanbulda hər hansı bir müsbətə doğru nəticə əldə oluna bilərdi. Savaş bitməsə belə, müəyyən nəticələr əldə oluna bilərdi. Qərb dünyası bəlkə də buna imkan vermədi. Konkret olaraq Rusiyaya qarşı həyata keçirilən son günlərdəki hücumların açığı Ukrayna tərəfindən həyata keçirildiyini də zənn etmirəm. İrimiqyaslı əməliyyatı Ukraynanın təkbaşına həyata keçirəcəyini düşünmürəm. Burada Britaniya, Amerika, Avropa ölkələrinin kəşfiyyatlarının, xüsusi xidmət orqanlarının iştirakı əslinə qalsa realdır.

Söhbətləşdi: Dəniz Pənahova