İşsizlik müavinəti ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib.

TİA.AZ-ın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabinetinin “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

 Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.