backend

İşsizlərə müavinət üçün fond yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Report-un məlumatına görə, yeni layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd iki ildir Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdə hazırlanıb.

O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında dəfələrlə işsizliyin qarşısının alınması və ixtisarların olmaması üçün göstəriş verib:

“İşsiz maliyyə cəhətdən heç vaxt problem yaşamamalıdır. Lakin işsizlərə müavinət verilməməsi o demək deyil ki, onlarda ələ baxımlılıq yaransın. Təbii ki, işsizlərə müavinətlər müddətli şəkildə veriləcək. Bu məsələ mütəmadi şəkildə nəzarətdə olacaq. Çalışılacaq ki, daha çox iş stajı olanlara daha çox müavinət verilsin”.

Onun sözlərinə görə, bu günə qədər bəzi müəssisə rəhbərləri gəlir olmadığı təqdirdə bir çox ixtisarlar edirdi: “Yeni qanun layihəsi ilə bunu aradan qaldırmış olacağıq.

Komitə sədri əlavə edib ki, işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq: “Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Fonda yığılan vəsaitdən özünüməşğulluq xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.

Yeni qanun layihəsi 4 fəsil, 26 maddədən ibarətdir.