İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki Şeba Tibb Mərkəzində yaralı əsgərləri ziyarət edərkən, yaralılardan bəziləri görüşdə iştirak etməkdən imtina edib.
Tribunainfo.az xəbər verir ki, İsrailin Kanal 13 televiziyasının xəbərinə görə, Netanyahu.Qəzza zolağında quru əməliyyatı zamanı yaralanan əsgərlərlə görüşmək üçün Şəba Sağlamlıq Mərkəzinin reabilitasiya şöbəsinə baş çəkməyə gəlib. Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib.
Ordu nümayəndələri və baş nazirlik rəsmiləri Netanyahu ilə görüşməyə razılıq verən yaralıları departamentin ayrı və təcrid olunmuş hissəsində toplayıblar.