İsrailin xarici işlər naziri Eli Koen və Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantz Livan sərhədində Hizbullahla gərginliyin diplomatiya yolu ilə həll edilmədiyi təqdirdə Təl-Əvivin yeni addımlar ata biləcəyini bildirib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Gantz açıqlamasında Hizbullahın həyata keçirdiyi hücumlara diqqət çəkib və İsrailin şimal sərhədindəki vəziyyətin dəyişməli olduğunu müdafiə edib.
Gantz açıqlamasında Hizbullahın həyata keçirdiyi hücumlara diqqət çəkib və İsrailin şimal sərhədindəki vəziyyətin dəyişməli olduğunu müdafiə edib.
Xarici işlər naziri Koen Livan sərhədində apardığı yoxlamalardan sonra kamera qarşısına keçərək Hizbullahı müharibə ilə hədələyib.
Hizbullahı Livanın İsraillə sərhədindən çəkilməyə çağıran Koen, “Diplomatik variantdan ən yaxşı şəkildə istifadə etmək üçün çalışacağıq. Əgər bu işləmirsə, bütün variantlar masanın üstündədir.” deyib.