İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağının işğalına çağırıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Ben-Qvir X sosial media platformasında verdiyi açıqlamada İsraildən Qəzzəyə fasiləsiz hücumlarını davam etdirməsini tələb edib.
Qəzzanı işğal etməyə çağıran Ben-Qvir, “Bütün gücümüzlə Qəzzanı əzməli, HƏMAS-ı məhv etməli və Qəzza zolağına qayıtmalıyıq” deyib.