Qəzzaya edilən hücumlarla bağlı İsrail hökumətində “radikal” və insan haqlarına zidd fikirlərin gündən-günə artdığı görülərkən, Qüds İşləri və Mədəni İrs naziri Amihay Eliyahu təklifi ilə yeni qalmaqal yaradıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, koalisiya hökumətindəki ifrat sağ partiyanın üzvü Eliyahu radioya verdiyi müsahibədə Qəzza zolağında hər kəsi öldürməyi hədəfləyən nüvə hücumunun bir seçim olub-olmaması ilə bağlı suala “Bu da bir yoldur” cavabını verib.
Bundan sonra Baş nazir Benyamin Netanyahunun ofisi Eliyahunun növbəti xəbərdarlığa qədər hökumət iclaslarından kənarlaşdırıldığını elan etdi.
Açıqlamada nazirin sözləri “reallıqdan qopmuş” kimi qiymətləndirilib və İsrail Müdafiə Qüvvələrinin (IDF) döyüşməyənlərə zərər verməmək üçün beynəlxalq hüquqa uyğun hərəkət etdiyi iddia edilir.