İsraildə ifrat sağçı fikirləri ilə tanınan Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir İsrailin Qəzza zolağına hücumlarında mövqeyini gücləndirmək üçün bölgəyə humanitar yardımın bir-iki ay dayandırılmasını təklif edib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Ben-Qvir verdiyi açıqlamada İsrailin Qəzzaya hücumlarda mövqeyini gücləndirmək üçün əlavə addımlar atmalı olduğunu müdafiə edib.
İsrailin Qəzzaya humanitar yardımı dayandırması lazım olduğunu müdafiə edən Ben-Qvir, “Qazı kəsmək, “artıq humanitar yardım yoxdur demək kimi hələ etmədiyimiz işlər var, bunları etməmişik. Gəlin edək. Onları bir-iki ay, sonra görək”, – deyib.