backend

İSRAİLLİ EKSPERT: “LAPŞİNİ İSRAİL VƏTƏNDAŞI ADLANDIRMAQ ÇƏTİNDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-Azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi deyəsən, təkcə Ermənistanı narahat edir.  

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-Azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi deyəsən, təkcə Ermənistanı narahat edir. 

Beləki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan Lapşinin taleyi hazırda daha çox ermənilərin diqqət mərkəzindədir. İsrailin bu məsələdə Azərbaycana təsir edəcəyini düşünənlər də var idi. Lakin İsrail Azərbaycan dövlətinin ərazi bütövlüyünə hörmət etdiyini bir daha sübut etdi. Ortada başqa məqamlar da var. Onlardan biri isə Lapşinin İsrail vətəndaşı olsa, belə həmin dövləti tez-tez öz yazılarında tənqid etməsidir. Bəlkədə bu səbəbdən İsrail xəbər saytlarında Lapşinin Bakıya gətrilməsinə şərh yazan yəhudilər bloqeri ələ salırlar. Başqa dövlətlərin qanunlarına hörmətlə yanaşmayan birinin bu cür sona layiq olduğunu yazırlar. A.Lapşində İsrail pasportu olsa da, o, özünü israilli saymayıb:“Bu ölkəyə ancaq qonaq gedirəm və İsraili də sevmirəm. İsraillilər aqressiv insanlardır. Xüsusilə də rusdilli israillilər, rusdilli yəhudilər dözülməzdirlər”. Öz bloqunda belə bir fikri yazan bloqer təbii ki, yəhudilərin kifayət qədər nifrətini qazana bilib.

TİA.AZ-a açıqlama verən Bakı Beynəlxaq Multikulturalizm Mərkəzinin İsrail Dövlətində icraçı direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” İsrail QHT rəhbəri,  beynəlxalq əlaqələr üzrə ekspert, Hayfa Unversitetinin doktorantı Arye Gut Aleksandr Lapşinin Bakıya gətirilməsini Azərbaycanın böyük uğuru kmi qiymətləndirdi: “Eyni zamanda Azərbaycanın xarici siyasət sahəsində olan böyük uğurunun təzahürüdür ki, Belarusiya Aleksandr Lapşini Azərbaycana verdi. Lapşin  bloger olaraq İsraildə o qədər də tanınmır. Amma tez-tez yazır.  Dağlıq Qarabağa getdiyi dövrdə Azərbaycana qarşı yazdığı bu məqalələr anti-Azərbaycan xarakteri daşıyır. Azərbaycan eyni zamanda yalnız Lapşinə deyil, Ermənistana da bunu bildirdi ki, hər Qarabağa gələn bir insan Qarabağı, Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımırsa, onu sonda Lapşinin həyatı, taleyi gözləyir. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail vətəndaşı olaraq, o eyni zamanda İsrailə də qarşı məqalələr yazır. Ona görə də onu tam şəkildə İsrail vətəndaşı adlandırmaq çətindir. O, həm də eyni zamanda Rusiya, Ukrayna  vətəndaşıdır. Mən düşünürəm ki, İsraildə də bu cür düşünürlər ki, heç kimin Lapşini Azərbaycanda saxlamaq fikri yoxdur. Lapşin Azərbaycan dövlətindən və Azərbaycan prezidentindən üzr istəməyə də hazırdır. Bu yaxında onun ailəsi mənə müraciət etdi və dedilər ki, müraciət lazımdırsa, üzr istəmək lazımdırsa Aleksandr Lapşin buna hazırdır. Mən inanıram ki, Azərbaycan prezidenti İlham Əliyev öz qərarını verəcək və Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyəsinə baxaraq, A.Lapşini azad edəcək. Man bunu belə görürəm”.  

Qeyd edək ki, Aleksandr Lapşin 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.

Nilufər