Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində Azərbaycan onun iştirakı və razılığı olmadan dünyanın Cənubi Qafqaz kimi strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsinin həll edilə bilmədiyi, bölgənin ən güclü dövlətinə və liderinə çevrilib.
Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində Azərbaycan onun iştirakı və razılığı olmadan dünyanın Cənubi Qafqaz kimi strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsinin həll edilə bilmədiyi, bölgənin ən güclü dövlətinə və liderinə çevrilib.
Azərbaycanın çoxşaxəli xarici siyasətində İsrail Dövlətinin xüsusi yeri var. İsrail Baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Azərbaycana ilk tarixi rəsmi səfəri bir daha təsdiqlədi ki, İsrail və Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu İsrailin “Illand TV” internet kanalının “Birbaşa efir” proqramına müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut səsləndirib.
A.Qutun fikrincə, İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiliklə yanaşır. O deyib: “Bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur, həmçinin rəsmi Bakı digər ölkələrdə antisemitizmin bütün təzahürlərini dəfələrlə pisləyib və pisləyir. Təsadüfi deyil ki, bu ölkəyə rəsmi səfərinin başlanğıcında İsrail Hökumətinin rəhbəri yəhudi icmasına xüsusi və səmimi diqqət göstərilən Azərbaycanda multikulturalizm və tolerantlıq amilini yüksək qiymətləndirib. Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, yəhudilər Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də Azərbaycanın dünyada təbliğində mühüm və əvəzsiz rol oynayırlar”.
“Birbaşa efir” proqramında çıxış edən Arye Qut vurğulayıb: Tamamilə aydındır ki, İsrail və Azərbaycan arasında belə səmimi və mehriban münasibətlər qonşu Ermənistanda qıcıq doğurmaya bilməz. “2016-cı ilin aprel hadisələrindən sonra biz həqiqətən Ermənistanda antiisrail isteriyası müşahidə edirik, hətta İsraildə erməni icması Azərbaycan-İsrail tərəfdaşlığı əleyhinə etiraz mitinqləri keçirib. Ermənistan tərəfinin tənqidi ilə bağlı deyərdim ki, Azərbaycan və İsrail özləri-özlərinə dost və tərəfdaş seçir, hərbi-texniki sahədə strateji əməkdaşlıq səviyyəsini müəyyən edirlər. Heç kimin buna müdaxilə etmək hüququ yoxdur. Həm də Azərbaycan niyə Ermənistanda üçüncü dövlətin hərbi bazalarının olması və həmin ölkənin Ermənistan Respublikasına hansı hərbi yardım göstərdiyi barədə suallar vermir”, – deyə Arye Qut bildirib.
Proqram çərçivəsində David Kon qeyd edib ki, Ermənistanın “Armenian Report” saytı açıq-aşkar antisemit və antiisrail təbliğatı aparır və hətta İsrail Dövlətini məhv etməyə çağırır. Baxın onlar nə yazırlar: “Bizə İranla, İsrailə qarşı qətiyyətlə köklənmiş ərəb hərbiləşdirilmiş qrupları və təşkilatları ilə daha sıx əməkdaşlıq etmək lazımdır. Bunun üçün Ermənistan hökuməti Yaxın Şərqdə yaşayan, “Hizbullah”, “İslami cihad”, HƏMAS, xüsusilə “İzəddin Qəssam briqadaları” ilə yaxın əlaqələri olan erməniləri fəal şəkildə cəlb etməlidir. Yaxın Şərqdəki diaspor təşkilatlarımızın İsraili məhv etmək vədi verən bu təşkilatların maliyyələşdirilməsinə başlaması vacibdir”.
A.Qut hesab edir ki, antisemitizm və faşizmi milli ideologiyasının bir hissəsinə çevirmiş ölkənin “Hizbullah” və HƏMAS kimi terrorçu cərəyanlara dəstək verməsi təəccüblü deyil. İsrailli ekspert vurğulayıb: “Biz ASALA erməni terror təşkilatının Livanın “Hizbullah” terror təşkilatı ilə necə sıx əməkdaşlıq etdiyini yaxşı xatırlayırıq. 2013-cü ilin dekabrında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi “İnformasiya azadlığı haqqında” Qanun çərçivəsində erməni terror qrupları barədə 1984-cü il məruzəsini açıqladı. Bu məruzədə ASALA təşkilatı ABŞ-ın maraqlarına terror təhlükəsi kimi təqdim edilir. ASALA-nın əksər hücumlarının Türkiyə diplomatlarına qarşı həyata keçirilməsi qeyd edilsə də, Qərbi Avropada və ABŞ-da da bir neçə obyektə zərbə endirilib. Bundan əlavə, ABŞ kəşfiyyatı son illərdə Liviya, Suriya və “Hizbullah” terror təşkilatı ilə əlaqələrin xeyli artmasından narahat olmuşdu. Bu məruzədə, həmçinin Qərbi Avropa ölkələrinin ikili standart siyasəti əksini tapmışdı. Çünki bəzi Qərb dövlətləri öz vətəndaşlarına hücum etməmək müqabilində terrorçulara türk hədəflərini təqib etmək azadlığı verməklə, ASALA ilə razılığa gəlmişdi. Ümumilikdə isə, ABŞ kəşfiyyatının iddiasına görə, ASALA və JCAG-ın terrorçu fəaliyyəti nəticəsində 1975-ci ildən Türkiyənin 50 rəsmisi və vətəndaşı öldürülüb, 200-dən çox partlayış törədilib”.
Daha sonra Arye Qut müsahibəsində qeyd edib ki, antisemitizmin və faşizmin dövlət ideologiyasına çevrildiyi, postsovet məkanında antisemitizm üzrə birinci yeri tutan ölkədə İsrail Dövlətinin məhv edilməsinə çağırışları milli ideologiyanın bir hissəsi hesab etmək olar. A.Qut deyib: “Hamı yaxşı bilir ki, Ermənistan şovinizm, millətçilik, faşistlərin və antisemitlərin təriflənməsi Sarkisyan rejiminin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyi ən monoetnik ölkədir. Vurğulanmalıdır ki, bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş hansısa marginal siyasi qruplar tərifindən həyata keçirilmir. Bunun arxasında dövlət, daha doğrusu, müasir Ermənistan Respublikasının cinayətkar terrorçu rəhbərliyi durur. Faşist və antisemit general Qaregin Njdeyə abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirakı bir daha sübut edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin əsl və həqiqi varisləri sayırlar. Tarix və yəhudi xalqı İkinci Dünya müharibəsində faşist Njdenin yaradıcılarından biri olduğu 20 minlik erməni legionunun zülmünü heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar var. General Njdenin rəhbərlik etdiyi erməni legionunun məqsədi basqınların törədilməsi, yəhudilərin və alman ordusu üçün “arzuolunmaz” digər xalqların məhv edilməsi idi. Məhz erməni legionunu “sayəsində” Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, eləcə də Qərbi Krımın digər rayonları yəhudilərdən qismən təmizlənmişdi. Məgər bundan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitin milli qəhrəman səviyyəsinə yüksəldilməsinə, üstəlik, bundan sonra ermənilərin biz israillilərə vicdan, əxlaq və ədalət dərsi verməsinə laqeyd baxa bilərikmi?! Ermənistanın bəzi “yəhudi” rəhbərləri isə mənə sübut etməyə çalışacaqlar ki, Ermənistanda heç bir antisemitizm, yəhudilərə və İsrailə nifrət yoxdur”.
Ermənistandan fərqli olaraq, multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrildiyini deyən A.Qut qeyd edib: “Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası kimi belə sıx və səmimi münasibətləri yoxdur. Şübhəsiz, İsrail və Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiliklə yanaşır. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və dəstəklədiyini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində, Azərbaycana kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiya sahələrində İsrailin yüksək texnologiyaları lazımdır və bu siyahını davam etdirmək olar. Eyni zamanda, ölkələrimiz təhsil, humanitar və mədəni layihələri təşviq edirlər”.
Ekspertin fikrincə, İsrail müasir Azərbaycan rəhbərliyinin iyirmi minlik yəhudi icmasına həqiqi və səmimi münasibətdə rolunu yüksək qiymətləndirir. Arye Qut İsrailin “Illand TV” internet kanalına müsahibəsinin sonunda deyib: “Azərbaycan ərazisinin iyirmi faizi Ermənistan tərəfindən işğal edilib, ölkə əhalisinin hər yeddinci sakini qaçqındır. Azərbaycan sivilizasiyalararası dialoqun nümunəsidir. Hər dəfə təkrarlamaqdan yorulmuram: mənə müsəlman və ya xristian olsun, daha bir ölkə göstərin ki, orada Prezidentin himayəsi ilə iki sinaqoq və ən böyük yəhudi təhsil mərkəzi tikilib. Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarının dövlət səviyyəsində real işlərlə hərtərəfli dəstəkləndiyi nadir ölkədir”.