backend

İSRAİLLİ CƏRRAHLAR BUNLARI TÖVSİYYƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Plastik Cərrahlar Assosiasiyası öz zahiri görünüşünü dəyişmək istəyən uşaq və yeniyetmələrin valideynləri üçün tövsiyələrini açıqlayıblar. 

İsrailin Plastik Cərrahlar Assosiasiyası öz zahiri görünüşünü dəyişmək istəyən uşaq və yeniyetmələrin valideynləri üçün tövsiyələrini açıqlayıblar.

TİA.AZ “newsru.co.il”saytına istinadən bildirir ki, mütəxəssislər valideynlərə xatırladır ki, uşağın inkişaf prosesi hələlik başa çatmamış plastik cərrahiyyəyə müraciət etməsinlər.

“Mako” saytı yazır ki, mütəxəssislər 21 yaşına kimi sinə böyütmə əməliyyatı etməyi tövsiyə etmir, çünki bu yaşda qızlar inkişaf etməkdə davam edirlər.

Sinəsi qadın tipinə görə artan və bundan əziyyət çəkən gənclər isə 16 yaşdan sonra əməliyyat planlaşdıra bilərlər.

Həmçinin 16 yaşdan sonra burun korreksiyası üzrə əməliyyat keçirmək mümkündür.

Ancaq əyri qulaqla mübarizə aparmaq 10 yaşından sonra mümkündür. Çünki qulaqların inkişafı səkkiz yaşından sonra başa çatır.

İlahə