İsrailin mühüm qəzetlərindən biri olan Haaretz, İsrailin 7 oktyabr hücumu ilə bağlı söylədiyi dəhşətli hekayələrin bir çoxunun həqiqəti əks etdirmədiyini açıqlayıb. Qəzet sübut etdi ki, HƏMAS-ın körpələrə və hamilə qadınlara işgəncə verməsi barədə deyilənlər həqiqətə uyğun deyil.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, “Mən öz gözlərimlə gördüm ki, onlar çox dəhşətli işlər görüblər. 4 aylıq hamilə olan qadın kiçik bir kənddə Kibbutzda idi. Evinə girib uşaqlarının gözü qarşısında qarnını yarıblar. O, hamilə idi. Körpəni çıxardılar. Balaca körpəni gözünün qabağında bıçaqlayıb, uşaqlarının gözü qarşısında öldürüblər…”
Bu və yüzlərlə qan donduran işgəncə hekayələri HƏMAS-ın 7 oktyabrda Kibbutz Beeri şəhərinə hücumları ilə bağlı İsraildə yayılıb.
Şayiələr kifayət etməsə, İsrail rəsmiləri, hətta baş nazir Binyamin Netanyahu və xanımı da bu sözləri təsdiqləyir.
İsraildə çıxan Haaretz qəzetinin yazdığına görə, eşidənləri təəccübləndirən bu hekayələr tamamilə yalan və ya şişirtmədir.
Digər tərəfdən, İsrail rəsmiləri hamilə qadının biri 6, biri 7 yaşlı iki uşağının gözü qarşısında öldürüldüyünü iddia edib.
Netanyahunun həyat yoldaşı Sara Netanyahunun ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Baydenə yazdığı məktubda o, HƏMAS-ın hamilə qadını girov götürdüyünü yazıb.
O, bu hamilə qadının HƏMAS-ın əlində girov olarkən doğum etdiyini iddia edib.
Haaretz də bu məlumatı təkzib edib. Hamilə ikən girov götürüldüyü iddia edilən qadın Tailandlı girov Natvari Vulkan olub