İsrailin müdafiə naziri Yoav Gallant iddia edib ki, Həmas xaricdəki rəhbərliyi təşkilatın Qəzzadakı lideri Yəhya Sinvarın yerinə başqa birini axtarır.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, o, bildirib ki, Həmas Qəzza rəhbəri ilə əlaqəni tamamilə itirdiyinə görə Yəhya Sinvarın yerinə adam axtarır.
Gallant İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığına səfəri zamanı deyib: “HƏMAS öz komandirlərinə güvənmir. HƏMAS komandirlərinə etibar etmir. Təşkilatın Qəzza bölməsi reaksiya vermir, yerdə danışacaq lider yoxdur. Bu o deməkdir ki, Qəzzanı kimin idarə edəcəyinə qərar vermək üçün tender var. Hazırda heç kim nəzarət etmir. Heç kim yoxdur və əməliyyatları idarə edən yoxdur”.
Dəniz Pənahova