ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sullivan, Prezident Co Baydenin Qəzzada humanitar böhran və İsrailin davam edən hücumları səbəbiylə ABŞ-ı tərk etməli olan fələstinlilərə daha 18 ay ölkədə qalmasına icazə verən qaydanı imzaladığını açıqladı.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Sullivan verdiyi yazılı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzzaya etdiyi hücumlardan sonra Qəzzada humanitar vəziyyətin “çox pisləşdiyini” bildirib.
Baydenin bölgədə davam edən hücumlar və humanitar ehtiyaclar səbəbilə ABŞ-dakı fələstinlilərin əksəriyyətinin ölkədən çıxmasının təxirə salınmasını əmr edən nizamnamə imzaladığını bildirən Sullivan, təxirə salınma müddətinin 18 ay olduğunu qeyd edib.
Dəniz Pənahova