İsrailin HƏMAS-ın hücumunun qarşısını ala bilməməsinin səbəbləri – NYT açıqladı

İsrailin HƏMAS-ın hücumunun qarşısını ala bilməməsinin səbəbləri – NYT açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Analitiklər ordu və təhlükəsizlik xidmətlərinin HƏMAS islamçı hərəkatının yaraqlılarının İsrailə hücumunun qarşısını almağa mane olan ilkin dörd səbəbini müəyyən ediblər.
Bu barədə “The New York Times” İsrail hökumətinin adlarını açıqlamayan nümayəndələrinə istinadən yazır.
Hücuma hazırlığın olmamasının birinci və əsas səbəblərindən biri İsrail kəşfiyyat xidmətlərinin HƏMAS yaraqlılarının rabitə xətlərini izləyə bilməməsi olub. Hücumdan bir qədər əvvəl onlar ordu rəhbərliyini terrorçuların rabitə xətlərində qeyri-adi aktivliyi ilə bağlı xəbərdar etməyə çalışsalar da, bu xəbərdarlığa məhəl qoyulmayıb.
İkinci səbəb Qəzza zolağı ilə sərhəddə vəziyyətə nəzarət etmək üçün elektronikadan həddən artıq asılılıqdır. Son illər sərhəddə yerləşdirilən hərbi qulluqçuların sayı azalıb. Sərhəddə çoxsaylı müşahidə kameraları, sensorlar və uzaqdan idarə olunan pulemyotlar quraşdırılıb. Lakin hücumdan əvvəl HƏMAS mobil telefon qüllələrini dağıtmaq üçün dronlardan istifadə edərək, demək olar ki, İsrail ordusunu bu avadanlıqdan istifadə etməkdən məhrum edib. NYT xəbər verir ki, bu, yaraqlılara sərhədi 30 yerdə aşkar edilmədən keçməyə imkan verib.
Üçüncü səbəb hərbi komandanlığın əməliyyat səhvidir. Jurnalistlər yazır ki, hərbi komandanlıq Qəzza sərhədində yerləşən diviziyanın rəhbərliyini terrorçuların hücum başlayandan dərhal sonra ələ keçirdikləri bir bazada yerləşdirib.
Dördüncüsü, yaraqlılarının liderləri İsrailə hücum etməyi planlaşdırmadıqlarına dair ələ keçirilən danışıqlarını təmiz həqiqət kimi qəbul etmək istəyidir. Çox güman ki, HƏMAS üzvləri onların telefonlarının dinlənildiyini bilib və İsrail kəşfiyyat xidmətlərini çaşdırıblar.