“İsraili yalnız mən qoruya bilərəm” – Tramp

“İsraili yalnız mən qoruya bilərəm” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, o, İsraili təcavüzdən qorumağa qadir olan dövlət başçısı postuna yeganə namizəddir.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Tramp deyib:

“Mən İsrailin təhlükəsizliyini təmin etdim, bunu unutmayın. İsraili yalnız mən qoruya bilərəm. Bunu başqa heç kim etməyəcək, başqa heç kim edə bilməz və mən bütün oyunçuları tanıyıram”.

O, həmçinin, HƏMAS-ın İsrailə hücumunda Co Baydeni günahlandırıb. Trampın sözlərinə görə, vəziyyət daha da pisləşəcək.