Suriya hadisələrindən sonra yeni hədəfin İran olacağı artıq heç kimdə şübhə doğurmur. Tribunainfo.az xəbər verir ki, artıq xarici mediada bununla bağlı ciddi müzakirələr belə aparılır.
Fələstinli analitik Ghassan Khattab hesab edir ki, hazırda İsraili heç nə dayandıra bilməz. “İran öz siyasətini dəyişməsə, onun obyektlərinə hücum etmək masada bir seçim olacaq”.
Onun sözlərinə görə, Suriya hadisələrindən sonra Qərb İranı neytrallaşdırmaq üçün hərəkətə keçəcək. O hesab edir ki, Tehran bir sıra ciddi səhvlərə yol verməklə yanaşı, həm də region üçün təhdid rolunu oynayır.