backend

İsrailə qarşı çıxan ölkələrin səfirləri XİN-ə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyətinin əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ-ın Təl-Əvivdəki səfiri Dan Şapironu izahat üçün yanına çağırıb. 

TİA.AZ İsrail Dövlət Radiosuna istinadən xəbər verir ki, bundan əlavə Netanyahu BMT-nin Təhükəsizlik Şurasının üzvü olan 10 dövlətin və BMT-də qətnaməyə “hə” deyən bütün ölkələrin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu ölkələrin arasında Fransa, Böyük Britaniya , Rusiya , Çin, İspaniya da var.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.