ABŞ-ın respublikaçı senatoru Lindsey Graham İsrailin Qəzzaya hücumlarını ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə etdiyi nüvə hücumları ilə müqayisə edərək, İsrailin də müharibədə qalib gəlmək üçün nüvə silahından istifadə etmək hüququna malik olduğunu ifadə edib.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Qraham NBC telekanalında verdiyi proqramda İsrailin Qəzzaya hücumları ilə bağlı bunları deyib: “İkinci Dünya Müharibəsində Hirosima və Naqasakiyə bomba ataraq müharibəni bitirmək qərarına gəldik. Bu, doğru qərar idi”. Qrem, “İsrail, bir yəhudi dövləti olaraq, sağ qalmaq üçün nə lazımdırsa, etmək hüququnuz var”, – dedi.