İSRAİLƏ HÜCUMDA İRANIN DA BARMAĞI VAR

İSRAİLƏ HÜCUMDA İRANIN DA BARMAĞI VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İsrailə dəstək üçün Şərqi Aralıq dənizinə dünyanın ən böyük təyyarədaşıyan gəmisini göndərməsi zəlzələyə səbəb olub. HƏMAS-a hərtərəfli dəstək verən İran dünyanı maraqlandıran sualı cavablandırıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, İsrailin bu səhər verdiyi rəsmi açıqlamaya görə, ordu birlikləri hazırda ölkənin cənubundakı yeddi-səkkiz bölgədə HƏMAS-ın silahlı ünsürləri ilə döyüşür. İsrail ordusunun sözçüsü Riçard Hecht, “Bu əməliyyatın genişliyi tamamilə fərqlidir…” deyərək, mövcud vəziyyəti müdafiə və təhlükəsizlik vəziyyətinə qaytarmağın gözlədiklərindən daha çox vaxt tələb etdiyini bildirib.

İranın BMT-dəki missiyası İsrailin cənubunda Həmas yaraqlılarının hücumunda iştirak etmədiyini bildirib. Yayılan bəyanatda deyilir: “Biz Fələstinə qəti dəstəyimizi təklif edirik, lakin Fələstinin cavabında heç bir rolumuz yoxdur, bunu yalnız Fələstinin özü həyata keçirir”.Həmas sözçüsü Qazi Həməd BBC-yə bildirib ki, HƏMAS sübh əməliyyatı üçün İrandan birbaşa dəstək alıb. Həməd digər ölkələrin də HƏMAS-a yardım etdiyini bildirsə də, adlarını açıqlamayıb.