İsrailə hücum “MOSSAD”ın fiaskosu kimi dəyərləndirilir. Tribunainfo.az-ın təhlilinə görə, 1973-cü ildən bəri İsrail kəşfiyyatı belə boşluq buraxmamışdı. HƏMAS üzvlərinin içəri daxil olması və əsirlər götürməsi İsrailin zəif nöqtəsini tapmaq kimi səciyyələndirilir. Amma prosesi geopolitik hadisələrlə əlaqələndirənlər az deyil. Xüsusən də ABŞ lideri Baydenin seçkilərdə nəticələrinə təsir edə bilər. Ekspertlər necə düşünür?
Siyasi şərhçi Turab Rzayev bildirir ki, bəlli deyil, Baydenə torba tikilir, ya Netanyahuya. Onun fikrincə, ABŞ və İsrail kəşfiyyatı çox böyük uğursuzluğa yol veriblər: “ABŞ-da Bayden əleyhinə səslər yüksəlir. Yumşaq tənqid edənlər, Baydenin onun xarici siyasət təcrübəsinin dünyanı daha təhlükəsiz etməsi ilə razılaşmırlar. Sərt tənqidçilər isə onu HƏMAS hücumunda günahlandırırlar. Çünki onun İrana ödədiyi milyardlarla vəsait İrana bu cür qruplaşmaları maliyyələşdirilmək və dəstək vermək imkanı yaradır. Tramp da fürsəti boşa verməyib. Onun seçki qərargahı bildirib ki, bir ay əvvəl prezident Tramp xəbərdarlıq etmişdi ki, Co Baydenin zəifliyi və İrana 6 milyard dollar ödəməsi, bütün Yaxın Şərqdə terrorizm üçün istifadə ediləcək.
Söhbət Bayden administrasiyasının 5 girov müqabilində İrana köçürməyə razılıq verdiyi 6 milyard dollar dondurulmuş vəsaitdən gedir”.