Beynəlxalq sorğulara görə, Türkiyə 93 faizlə İsrailə qarşı ən yüksək müxalifətə malik olub.
Tribunainfo.az xəbər verir ki, ondan sonra İndoneziya (80%), Yaponiya (79%), Hollandiya (78%) və İspaniya (75%) gəlir.
Qəzzaya edilən hücumlar, mülki əhalinin ölümü və humanitar yardımın əngəllənməsi İsrailə qarşı qlobal qəzəbi artırıb.
Eyni zamanda, araşdırmalar göstərir ki, İsrail siyasətinə qarşı reaksiya təkcə müsəlman ölkələrində deyil, Avropa və Asiya cəmiyyətlərində də artmaqdadır. ABŞ da daxil olmaqla bir çox ölkədə İsrailə mənfi baxanların faizi son üç ildə 11% artıb.
Dəniz Pənahova










